Xəbər lenti

Vüqar Novruzov şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 16-12-2025 19:00     Baxış: 938

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Qarabağ müharibəsinin şəhidi Nəsrəddin Həsənovun rayonun Balçılı kəndində yaşayan ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir k, İcra başçısı ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların ailələrinin hərtəfəli dövlət qayğısı ilə əhatə olunduğuna diqqət çəkib. Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhidlərimizin qəhrəmanlıqlarının yüksək qiymətləndirildiyini, xatirələrinin uca tutulduğunu diqqətə çatdırıb. Vətən üçün canını fəda edən bütün igidlərimizin xalqın sevimlisinə çevrildiyini bildirib. 

Görüşdə şəhidin həyat yoldaşı Nəsrəddin Həsənovun döyüş yolundan söz açaraq, ölkə rəhbərliyinə onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Nəsrəddin Rəhim oğlu Həsənov 1993-cü ildə Ağdərə rayonunun Güllücə kəndi yaxınlığında gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub və Balçılı kənd qəbristanlığında dəfn edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar