Xəbər lenti
14-12-2025, 18:41
 
13-12-2025, 15:59
 

Müstəqim Məmmədov növbəti dəfə vətəndaş müraciətlərini dinləyib Fotolar

Tarix: 16-12-2025 17:01     Baxış: 581

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşların qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, qəbul zamanı şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.

Vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, həyətyanı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, evlərinin təmirinə dəstək, iaşə obyektinin sənədləşdirilməsi, evlə təmin olunmasına köməklik, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər ediblər. İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib. Rayon sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar