Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Davranış pozuntuları və konstruktiv yanaşmalar” mövzusunda konfrans keçirilib Fotolar

Tarix: 15-12-2025 22:30     Baxış: 1 127

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Davranış pozuntuları və konstruktiv yanaşmalar” mövzusunda növbəti məktəb–valideyn konfransı keçirilib.

Mubarizciler.az xəbər verir ki, konfransda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin məsul əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən konfransda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov uşaqların davranışlarında müşahidə olunan dəyişikliklərin səbəblərinin düzgün müəyyən edilməsinin və problemin kökündən həllinin vacibliyini vurğulayıb. O, məktəb-valideyn-psixoloq əməkdaşlığının daha da gücləndirilməsinin, preventiv yanaşmaların tətbiqinin və məktəbdaxili psixoloji dəstək mexanizmlərinin inkişaf etdirilməsinin önəmini qeyd edib. Konfransın davamında spikerlər tərəfindən müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib. Qeyd edək ki, bu cür konfranslar davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Valideyn konfranslarının məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, valideynlərin təhsil prosesinə sistemli şəkildə cəlb olunmasını təşviq etmək və məktəb–ailə tərəfdaşlığını möhkəmləndirməkdən ibarətdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar