Xəbər lenti
14-12-2025, 18:41
 
13-12-2025, 15:59
 

Müstəqim Məmmədov şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 15-12-2025 13:16     Baxış: 469

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində Vətən müharibəsi şəhidi Mehdiyev Yasən Alim oğlunun atası Mehdiyev Alim Yusif oğlunu 50 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib.

Mubarizciler.az xəbər verir ki, Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə vətən üçün Yasən kimi oğul böyütdüklərinə görə təşəkkür edib, torpaqlarımızın onlar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Yasən Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 24-də Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz rayonun Sarıcalı kəndində dəfn olunub. Xatirəsini əbədiləşdirmək məqsədilə anadan olduğu küçədə onun adına xatirə bulağı inşa edilib. Şəhid Mehdiyev Yasən Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar