Xəbər lenti

Seymur Orucov vətəndaşlarla görüşüb Fotolar

Tarix: 11-12-2025 22:19     Baxış: 1 211

Seymur Orucov Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa şəhəri 2 nömrəli tam orta məktəbin iclas zalında keçirilən növbəti səyyar qəbulda rayonun rəhbər şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların səlahiyyətli əməkdaşları və sakinlər iştirak ediblər.

Əvvəlcə 12 dekabr  Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar dahi rəhbərin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri dərin ehtiramla yad edilib.

Səyyar qəbulda Ağstafa şəhər ictimaiyyətinin nümayəndələri, Həsənov Elburus Eyvaz oğlu və Babacanova Məleykə Nəsib qızı son zamanlar Ağstafada geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə ağstafalılar adından Prezident İlham Əliyevə dərin  minnətdarlıqlarını bildiriblər.

Qəbulda vətəndaşların irəli sürdükləri müraciət və təkliflər qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlər ətrafında müzakirələr aparılıb və həlli tədbirləri müəyyən edilib. Həmçinin aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar