Xəbər lenti

320 ailəlik Xocavənd qəsəbəsində vətəndaşların müraciətləri dinlənilib Fotolar

Tarix: 11-12-2025 20:44     Baxış: 1 204

11 dekabr 2025-ci il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar qəbulu keçirilib

 Mubarizciler.az xəbər verir ki, qəbul  Ulu öndərin və Şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.  Səyyar  qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək  ötən yüzilliyin ən görkəmli dövlət xadimlərindən olan Heydər Əliyevin həyat yolu və xalqımıza bəxş etdiyi zəngin irsin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib. Ümummilli Liderin 1970-80-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayan başçı həmin dövrdə ölkəmizin əldə etdiyi uğurları  diqqətə çatdırıb.   Eyvaz Hüseynov  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, sürətli iqtisadi islahatlar aparılması, nəhəng qlobal layihələrin həyata keçirilməsi, Azərbaycanın nəqliyyat və digər sahələr üzrə beynəlxalq tərəfdaşlığının genişlənməsindəki xidmətlərini nəzərə çatdırıb. Həmin strategiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üçün geniş imkanlar açan qlobal nəqliyyat və iqtisadi əməkdaşlıq layihələri vurğulanıb. Azərbaycanın Orta Dəhlizin həlqəsi kimi Çin-Avropa ticarətinin sürətlənməsində mühüm rol oynadığı, bütün bunların Ulu Öndərin “İpək Yolu” ideyasının davamı kimi qlobal əlaqələri genişləndirdiyi bildirilib. 

 Eyvaz Hüseynov  torpaqlarımızın işğaldan azad olunmasını, suverenliyimizin tam bərpasını Ulu Öndərin ən böyük arzularından biri kimi önə çəkərək böyük liderin ideyalarının Azərbaycanı daim işıqlı sabahlara aparacağına dərindən inandığını vurğulayıb. 

 Daha sonra vətəndaşların müraciətləri dinlənilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar