Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Polis Sabunçuda maarifləndirmə tədbiri keçirib Fotolar

Tarix: 11-12-2025 20:38     Baxış: 896

Polis Sabunçu rayonunda yerləşən internat məktəbində maarifləndirmə tədbiri keçirib.

Mubarizciler.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində maarifləndirmə tədbiri keçirilib. “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda tədbirdə Nardaran Sağlamlıq Mərkəzinin həkim və psixoloqları da iştirak ediblər.  Tədbirdə çıxış edən Baş İdarənin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov ölkə üzrə keçirilən bu tədbirlərin məqsədinin yeniyetmə və gəncləri narkomaniya və erkən nikahın fəsadları barədə ətraflı məlumatlandırmaq, onları sağlam həyat tərzinə təşviq etmək olduğunu bildirib. Polis əməkdaşları, həkim və psixoloqlar çıxışlarında narkotik vasitələrin gənclərin sağlamlığına, psixologiyasına və gələcək həyatına, eləcə də cəmiyyətə vurduğu zərərlər və yaratdığı ciddi təhlükələr, həmçinin erkən nikahın sosial fəsadları barədə geniş məlumat veriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar