Xəbər lenti

Goranboyda Seymur Nazarovun rəhbərliyi ilə İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın illik hesabat iclası keçirildi Fotolar

Tarix: 11-12-2025 18:22     Baxış: 1 638

Goranboy rayon İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın illik hesabat iclası keçirildi.

Mubarizciler.az xəbər verir ki, “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilən tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birini müavini Seymur Nazarov, Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyinin Şəmkir Regional şöbəsinin rəisi Ramin İsmayılov, Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyinin Yevlax Regional şöbəsinin rəisi Teyyub Hüseynov, BP-nin İxrac Neft və Qaz Boru Kəmərləri üzrə Təhlükəsizlik müşaviri, aidiyyəti inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr iştirak etdilər.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalandı və beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adlandırıldı.  Qeyd edək ki, bu müqavilə layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanması Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Belə ki, hələ o vaxtlarda SOCAR-ın birinci vitse-prezidenti olan İlham Əliyev xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlərdə qətiyyəti və səriştəliyi sayəsində Azərbaycan dövlətinin maraqlarını geniş miqyasda qoruya bilmişdir. Çox-çox sonralar Prezident İlham Əliyev «Əsrin müqaviləsi»nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə belə demişdir: «Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını atır... Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu, çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun».Prezident İlham Əliyevin uğurlu neft siyasəti ölkəmizə qoyulan xarici investisiyaları nəinki artırdı, hətta Azərbaycan dövləti xarici ölkələrə irihəcmli investisyalar qoymağa nail oldu. Bu gün dünyada qəbul olunmuş belə bir tezis var: «Neft - enerji deməkdir, enerji isə sərvətdir». Məhz Prezident İlham Əliyevin uğurlu neft siyasətinin nəticəsidir ki, Azərbaycan nefti ancaq vətəndaşlarımızın rifah halının yüksəlməsinə, dövlətimizin qüdrətlənməsinə xidmət edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar