Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Müstəqim Məmmədov şəhid qardaşı Azad Abbasovu 70 illik yubileyi münasibəti ilə təbrik edib Fotolar

Tarix: 10-12-2025 20:27     Baxış: 966

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illər təhsil sahəsində çalışmış, gənc nəslin təlim tərbiyəsi ilə məşğul olmuş, dəyərli ziyalı, şəhid qardaşı Azad Abbasovu 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Niyaməddin Aslanovda iştirak edib. Azad müəllim 1955-ci ildə  Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Kəndlərinin işğalından sonra ailəlikcə Tərtər şəhərinə köçüblər. Əvvəllər Umudlu kənd tam orta məktəbində müəllim, sonra direkror müavini, daha sonra isə uzun illər şəhər 6 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Elə həmin məktəbdən də təqaüdə çıxıb. O, həyat yoldaşı Zümrüd müəllimə ilə birlikdə 2 qız, bir ogul övladı böyüdüblər, artıq  nəvə sahibidirlər. Azad müəllimin özündən böyük qardaşı Abbasov Məmməd Salman oğlu 1991-ci il may ayının 25-də erməni işğalçılarının Umudlu kəndinə hücumu zamanı bu hücumun qarşısının alınmasında xüsusi fəallıq göstərmiş və döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Umudlu kəndinin qəbiristanlığında dəfn olunub. Rayon rəhbəri Azad Abbasovu təbrik edərək, ona gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə təşəkkürnamə və hədiyyə təqdim edib. Azad müəllim və onun ailə üzvləri təhsil işçilərinə, şəhid  ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar