Xəbər lenti

Vüqar Novruzov Quşqara kəndində səyyar qəbul keçirdib Fotolar

Tarix: 08-12-2025 18:35     Baxış: 1 001

Göygöl rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov səyyar qəbul qrafikinə uyğun olaraq Quşqara kənd sakinləri ilə səyyar görüş keçirib. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər. 

Sakinlər kənddaxili yolların təmiri, köhnə məktəb binasının mərasim evi kimi sakinlərin istifadəsinə verilməsi, torpaq sahəsinə gedən arxın bərpa edilməsi, şəhid adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar