Xəbər lenti

Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 08-12-2025 15:51     Baxış: 1 197

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Qaynaq kəndində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş Cahangir Hətəm oğlu Surxayzadənin evində olub, ailənin qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhid ailələrinin üzvləri iştirak ediblər.  

Anar Məmmədov şəhidin valideynlərinə başsağlığı verib, Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açıb. Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıb. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.

Qeyd edək ki, şəhid Cahangir Surxayzadə Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar