Xəbər lenti

Qusarda polis şagirdlərlə görüşüb Foto

Tarix: 05-12-2025 23:13     Baxış: 1 176

“Düzgün seçim, sağlam gələcək”– Qusarda polis şagirdlərlə görüşüb

Mubarizciler.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları 2 saylı məktəbin kollektivi ilə görüşərək erkən nikah və narkomaniyanın yaratdığı real təhlükələrdən danışıblar. Şagirdlərə bildirilib ki, erkən nikah gənclərin təhsil və inkişaf imkanlarını məhdudlaşdıran ciddi bir sosial problemdir. Narkomaniya isə insan həyatını səssiz şəkildə məhv edən təhlükəli asılılıqdır. Polis əməkdaşları gəncləri sağlam seçimlər etməyə, həyatlarını riskə atacaq addımlardan uzaq durmağa və çətinliklər qarşısında polisdən dəstək almağa çağırıblar. Tədbirdə, həmçinin Polis Akademiyası barədə də məlumat verilib. Qeyd olunub ki, Akademiya ölkənin daxili işlər orqanları üçün peşəkar kadrlar hazırlayan nüfuzlu təhsil ocağıdır. Burada hüquq sahəsi, xidmət hazırlığı və müasir təhlükəsizlik standartları üzrə yüksək səviyyəli tədris həyata keçirilir. Görüşün sonunda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar