Xəbər lenti

Göygöldə Şəhid ailələri ilə görüşlər davam edir Fotolar

Tarix: 05-12-2025 22:56     Baxış: 938

Göygöl Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. 

Mubarizciler.az xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların daim hörmət və ehtiramla yad edildiyini bildirib.

 Onların qəhrəmanlıqlarının gələcək nəsillər üçün örnək olduğuna diqqət çəkib. Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək diqqətdən söz açıb. Bu kateqoriyadan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və əhəmiyyətli addımların atıldığını qeyd edib. Çıxış edən şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin önəminə diqqət çəkərək, göstərilən həm mənəvi, həm də sosial dəstəyin əhəmiyyətini vurğulayaraq, hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Görüşdə şəhid ailələrini maraqlandıran məsələlər müzakirə edilmiş, birlikdə Heydər Əliyev Muzeyi ziyarət olunaraq xatirə fotosu çəkdirilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar