Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Ağstafada Beynəlxalq Könüllülər Günü qeyd olundu Fotolar

Tarix: 05-12-2025 12:55     Baxış: 1 092

Ağstafada Beynəlxalq Könüllülər Günü qeyd olunub.

Mubarizciler.az xəbər verir ki, rayondakı “Şuşa” restoranında təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və Rayon İcra Hakimiyyətində növbəti könüllülük təlimlərini müvəffəqiyyətlə başa vuran gənclər iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb.

Belə ki, Ulu Öndərin gənclərlə bağlı yürütdüyü uğurlu dövlət siyasəti gənc nəsli ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakçısına çevirdi, gənclərin mənəvi-ideoloji cəhətdən yetkinləşməsini, faydalı məşğulluğunun təmin olunmasını, habelə könüllülük hərəkatının formalaşmasını təmin edib.

Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri daha geniş vüsət almaqdadır.

RİH başçısı növbəti təlimləri uğurla başa vuran daha 17 nəfər gəncə Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq sertifikatlarını təqdim edib.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar