Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

“Məktəbdə bir gün” layihəsinə start verilib Fotolar

Tarix: 04-12-2025 19:52     Baxış: 2 583

Tədrisin keyfiyyətinin yüksəldilməsi, ümumi təhsil müəssisələrində təşkilati işlərin səmərəliliyinin artırılması və məktəbdaxili idarəetmədə monitorinq mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən “Məktəbdə bir gün” layihəsinə start verilib. 

Mubarizciler.az xəbər verir ki, Layihənin ilk mərhələsi Gəncə şəhər 26 nömrəli məktəb-liseydə həyata keçirilib. Monitorinq prosesində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin məsul əməkdaşları, məktəb direktorları və metodistlər iştirak ediblər.

 Monitorinq zamanı:

- Tədris prosesinin təşkili,

- Davamiyyət və intizam məsələləri,

- Məktəbdaxili sənədləşmə işlərinin vəziyyəti,

- Dərslərin keyfiyyəti və müəllim-şagird münasibətləri yerində izlənilib və təhlil olunub.

Sənədləşmə sahəsində sinif jurnalları, dərs cədvəlləri, müəllimlərin dərs yükü, planlaşdırma sənədləri və digər əsas sənədlər üzrə geniş analiz aparılıb. Eyni zamanda, aşkar edilən çatışmazlıqlarla bağlı məktəb rəhbərliyinə müvafiq təklif və tövsiyələr təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar