Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Seymur Orucov Pirili kəndində növbəti dəfə vətəndaşları dinləyib Fotolar

Tarix: 03-12-2025 19:27     Baxış: 1 148

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Pirili kəndində növbəti dəfə vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, kənd Folklor klubunun  binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda mütəmadi olaraq keçirilən vətəndaşların səyyar qəbulları, yerlərdə sakinləri maraqlandıran və narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmağa, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, hər bir şəxs yaşadığı ünvanı tərk etmədən mobil cihazları ilə vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına da daxil olmaqla Ağstafa Rayon İcra Hakimiyyətinə istənilən məzmunlu müraciətini ünvanlaya bilər.

Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələnin həlli tədbirləri müəyyən edilib və aidiyyəti üzrə məsul şəxslərə müvafiq göstərişlər verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar