Xəbər lenti

Eyvaz Hüseynov vətəndaşları qəbul edib Fotolar

Tarix: 03-12-2025 16:11     Baxış: 4 060

Prezident cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti dəfə rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Mubarizciler.az xəbər verir ki, Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçlə bağlı olub.Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar