Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Vüqar Novruzov növbəti səyyar vətəndaş qəbulu keçirib Fotolar

Tarix: 03-12-2025 15:34     Baxış: 1 176

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə əsasən Pənahlılar kənd sakinləri ilə səyyar görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, Görüşdən əvvəl kəndin girişində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuş və şəhidlərin xatirəsi dərin ehtiramla yad olunmuşdur. 

Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər. 

Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri mövcud qaz xəttinin və kənddaxili avtomobil yolunun təmiri, tibb məntəqəsinin tibb bacısı ilə təmin olunması, mərkəzi küçənin işıqlanma ilə təmin edilməsi və  digər məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.

Görüşdə iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar