Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatında partiya veteranları ilə görüş keçirib Fotolar

Tarix: 02-12-2025 18:37     Baxış: 1 085

 Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının inzibati binasında yubiley yaşı tamam olan partiya veteranları ilə görüş keçirilib.

 Mubarizciler.az xəbər verir ki, görüş zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının bütün üzvlərinin, xüsusilə də veteranların hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirdiyini, partiyaya bağlılıqlarını əməli fəaliyyətləri ilə təsdiq etdiklərini diqqətə çatdıraraq partiya veteranlarını yubileyləri münasibətilə təbrik edib, onlara səmimi və xoş arzularını bildirib. Görüşdə yubiley yaşları tamam olan Mətləb İsmayılov, Ramiz Hacıyev və Vahid Məhərrəmov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər. Onlar partiya sıralarında olduqları illər ərzində yaşadıqları xatirələrdən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı qələbələrdən fəxarət hissi keçirdiklərini vurğulayıblar. Sonda yubiley yaşı tamam olan partiya veteranlarına Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Yubilyarlar onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar