Xəbər lenti

Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib Fotolar

Tarix: 02-12-2025 15:58     Baxış: 1 267

26–29 noyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikası Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Akademiyasında “Müasir çağırışlar şəraitində hüququn aliliyinin təmin edilməsi: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

 Tədbir 34 dövlətdən 49 ekspertin iştirakı və ümumilikdə 250-dən çox xarici və beynəlxalq nümayəndənin qatılması ilə hüquq-mühafizə sahəsində qlobal əməkdaşlığın genişləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi diqqət çəkib. Konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndə heyəti, eləcə də Elm və Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Azərbaycan nümayəndələri plenar iclasda və altı paralel panel sessiyasında çıxış edərək hüququn aliliyinin təmin edilməsi, transmillət cinayətkarlığa qarşı mübarizə, süni intellektin hüquqi tənzimlənməsi, kibertəhlükəsizlik, insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə kimi prioritet istiqamətlər üzrə məruzələrlə çıxış edib. Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra xarici və ixtisaslaşmış akademiyaların rəhbər və ekspert heyəti ilə ikitərəfli görüşləri keçirilib, hüquq-mühafizə, təlim-metodika, elmi tədqiqat və rəqəmsal transformasiya sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar