Xəbər lenti

“Biz sabahın alimləriyik” layihəsinin rəsmi açılışı keçirilib Fotolar

Tarix: 13-11-2025 21:35     Baxış: 3 794

 Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olan “Biz sabahın alimləriyik” layihəsinin rəsmi açılışı 13 noyabr tarixində baş tutub.

Mubarizciler.az xəbər verir ki, açılış tədbirində layihə rəhbəri Nərgiz Əmiraslanova, “Elm üzrə Prezident mükafatı” laureatı, gənc alim Elnur Həsənov, Azərbaycan Skautlar Assosiasiyasının idarə heyətinin üzvü, beynəlxalq təlimçi və ingilis dili müəllimi Zamin Məmmədov, layihənin eksperti – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini və qrant müsabiqəsinin dəfələrlə qalibi Səltənət Qurbanova, Göygöl rayonu təhsil sektorunun əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə layihənin məqsəd və vəzifələri təqdim edilib. Layihə rəhbəri Nərgiz Əmiraslanova çıxışında layihənin elmi düşüncəli, yaradıcı və tədqiqat yönümlü şagirdlərin inkişafına xidmət etdiyini bildirib. Təlimçi və ekspertlər layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər barədə geniş məlumat verərək şagirdlər üçün yaradılan imkanlardan bəhs ediblər.

Tədbir bədii hissə ilə davam edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar