Xəbər lenti

Seymur Orucov vətəndaşların müraciətlərini dinləyib Fotolar

Tarix: 13-11-2025 19:16     Baxış: 1 001

Seymur Orucov Saloğlu qəsəbəsində növbəti dəfə vətəndaşları dinləyib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun mavafiq qrafik əsasında Saloğlu qəsəbə tam orta məktəb binasında keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yerli sakinlər iştriak ediblər.

RİH başçısı çıxışında Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hə yerində, o cümlədən Ağstafa rayonunda keçirilən vətəndaşların səyyar qəbulları və əhali ilə görüşlərin əhəmiyyətinə də toxunub. Qeyd olunub ki, başlıca məqsəd yerlərdə mövcud şəraiti sakinlərlə ətraflı müzakirə etmək və həlli vacib məsələlərin operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin hər kəs vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına mobil cihazları vasitəsi ilə daxil olub yaşadığı ünvanı tərk etmədən rahat qaydada Ağstafa Rayon İcra Hakimiyyətinə istənilən məzmunlu müraciətlərini edə bilərlər.   

Vətəndaşların təklif və müraciətləri qabul olunaraq nəzarətə götürülüb, qaldırılmış məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar