Xəbər lenti

DİN Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirilib Foto

Tarix: 13-11-2025 18:58     Baxış: 1 057

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Mərasimdə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib. Hərbi rituala uyğun olaraq hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin yad edilməsi ilə başlayan mərasimdə Dövlət Himni ifa olunub. Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər. Mərasimdə çıxış edənlər əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər. Sonra hərbi andiçmə münasibətilə əsgərlərə ünvanlanan təbrik çatdırılıb. Təbrikdə hərbi andı qəbul edən gənc əsgərlərin qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları, həmçinin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb. 

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar