Xəbər lenti

Goranboyun İcra başçısı “Xan Arxı” suvarma beton kanalının Balakürd kəndi ərazisində aparılan tikinti işləri ilə yerində tanış oldu Fotolar

Tarix: 13-11-2025 17:08     Baxış: 966

Goranboyda əkin sahələrinin suvarılması təminatının yaxşılaşdırlması istiqamətində əməli tədbirlər davam etdirilir.

Ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Son illərdə suvarma kanallarının tikintisi ilə minlərlə hektar torpaq sahəsinin suvarılmasına, kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına əlverişli şərait yaranıb.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayonu ərazisində beton kanallarının  çəkilməsi işləri davam keçirilir və rayonda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Bu məqsədlə, rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev,  aidiyyəti məsul şəxslərlə birgə, rayonun Balakürd, Boluslu, Nərimanlı, Məşədiqaralar və Eyvazlılar kəndlərinin əkin sahələrinin suvarılma suyu ilə təminatında mühim əhəmiyyətə malik, ümumi uzunluğu 7,2 km olan və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən “Xan Arxı” suvarma beton kanalının  Balakürd kəndi ərazisində aparılan tikinti işləri ilə yerində tanış oldu. İcra Başçısı suvarma suyunun davamlı təminatı, su itgisinin qarşısının alınması, sudan səmərəli istifadə və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyəti məsul şəxslərlə məsləhətləşmələr apardı, müvafiq tapşırıq və tövsiyələrini bildirdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar