Xəbər lenti

Deputat şəhid qardaşının yubileyində iştrak edib Fotolar

Tarix: 12-11-2025 14:31     Baxış: 896

YAP-çı deputat Anar Məmmədov Tərtər rayonu Səhləbad kəndində Birinci Qarabağ müharibəsi şəhidi Rəhman Almuradovun qardaşı, kənd ağsaqqalı İman Almuradovu 80 illik yubileyi münasibətilə təbrik edib, ona səmimi arzularını çatdırıb, qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Qeyd edək ki, şəhid Almuradov Rəhman Məhəmməd oğlu 1953-cü il yanvarın 6-sı Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 1993-cü il mayın 19-u Lülǝsaz yüksəkliyində döyüş zamanı əl qumbarası partlayışından ağır yaralanıb və 3 gün sonra mayın 22-si aldığı yaradan şəhid olub.

O, subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.

Şəhid qardaşı şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlığını bildirib.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar