Zaur Müseyibov işinin peşəkarı Təhsil Fədaisidir

Azərbaycanın təhsil sistemi bu gün inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın təməlində isə peşəsinə sadiq, işini vicdanla yerinə yetirən, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsinə öz töhfəsini verən fədakar müəllim və təhsil təşkilatçıları dayanır. Belə şəxslərdən biri də Mingəçevir şəhər Natiq Qasımov adına 4 nömrəli məktəbin direktoru, təcrübəli təhsil işçisi Zaur Müseyibovdur.Zaur Müseyibov uzun illərdir ki, təhsil sahəsində çalışır. Onun keçdiyi həyat yolu və pedaqoji fəaliyyəti göstərir ki, hər bir uğurun arxasında böyük zəhmət, prinsipiallıq və məsuliyyət dayanır. O, Mingəçevir şəhər Natiq Qasımov adına 4 nömrəli məktəbə direktor vəzifəsinə təyin olunduğu ilk gündən təhsil müəssisəsini inkişaf etdirmək, burada tədrisin keyfiyyətini yüksəltmək və şagirdlər üçün daha əlverişli mühit formalaşdırmaq məqsədini qarşısına qoyub.Direktor kimi Zaur Müseyibov kollektivdə sağlam mühitin yaranmasına nail olub. Onun rəhbərliyi altında müəllimlər arasında əməkdaşlıq və qarşılıqlı hörmət ənənələri formalaşıb. Təhsil müəssisəsində hər bir müəllim və şagirdin əməyinə və şəxsiyyətinə hörmətlə yanaşılır. Bu isə təhsil ocağının nüfuzunun artmasına, valideynlərin və şagirdlərin inamının güclənməsinə səbəb olub. Zaur Müseyibov rəhbərlik etdiyi təhsil ocağınıda tədrisin keyfiyyətini yüksəltməyə xüsusi diqqət ayırır. Müasir təhsil texnologiyalarının tətbiqi, yeni fənlərin tədris planına daxil edilməsi, müəllimlərin peşəkarlığının artırılması onun fəaliyyətində əsas istiqamətlərdən biridir.Zaur Müseyibov üçün ən mühüm məsələlərdən biri gənclərin savadlı, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsidir. O, şagirdlərin yalnız nəzəri biliklər deyil, həm də həyati dəyərlər aşılayır. Onun üçün hər bir şagird Azərbaycan dövlətinin gələcəyidir. Bu baxımdan, şagirdlərin təhsillə yanaşı, ictimai fəaliyyətlərdə də fəal iştirakına xüsusi önəm verir. Zaur Müseyibov pedaqoji və rəhbərlik fəaliyyətində ən mühüm cəhət onun təhsilə olan sevgisi və fədakarlığıdır. O, təhsili sadəcə bir iş yeri deyil, həyat amalına çevirmişdir. Təhsil uğrunda gecə-gündüz çalışan, hər bir şagirdin gələcək uğurunu öz uğuru sayan belə müəllim və rəhbərlər həqiqi mənada “təhsil fədaisi” adını qazanmağa layiqdirlər. Azərbaycan dövlətinin təhsil sahəsində həyata keçirdiyi siyasət Zaur Müseyibovun fəaliyyətində öz parlaq əksini tapır. O, dövlət başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetləri daim rəhbər tutur və bu istiqamətdə yorulmadan çalışır. Onun üçün dövlət maraqları hər şeydən öndə gəlir. Təəssüf ki, bəzi saytlar qərəzli şəkildə Zaur Müseyibov haqqında şər-böhtan xarakterli yazılar dərc edirlər. Bu cür əsassız iddialar onun iş nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Lakin bütün bu cəhdlər Zaur müəllimi pedaqoji fədakarlığını, peşəkar idarəçilik bacarığını və kollektivin, eləcə də ictimaiyyətin ona olan inamını zəiflədə bilmir. Əksinə, o, fəaliyyəti ilə göstərir ki, əsas olan dövlətin və xalqın etimadını doğrultmaqdır. Bu gün Mingəçevir Şəhər Natiq Qasımov adına 4 nömrəli məktəb özünün peşəkar müəllimləri, savadlı şagirdləri ən yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən rəhbərliyi sayəsində ölkəmizin təhsil sistemində özünəməxsus yeri olan bir təhsil ocağıdır. Bu uğurların arxasında isə şübhəsiz ki, işinin peşəkarı, fədakar təhsil işçisi – Zaur Müseyibovun əvəzsiz zəhməti dayanır. Unutmayın ki, Allah ucaldanı bəndə alçalda bilməz!
Müəllif: Mübariz Nağısoy!
Xəbəri paylaş








































0772703001 