Xəbər lenti

Tərtərdə Pois şəhid ailəsini ziyart edib Foto

Tarix: 10-11-2025 15:06     Baxış: 1 729

Tərtərdə polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət ediblər.

Mubarizciler.az xəbər verir ki,  Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Cahangir Surxayzadənin Vətən müharibəsində şəhid olmasının ildönümü münasibəti ilə məzarını və ailəsini ziyarət ediblər. Şəhidin əziz xatirəsi məzarı başında ehtiramla yad olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman oğullarımızın unudulmaz xidmətlərindən söz açılıb. Tərtər RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov qeyd edib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq. Şəhid Cahangir Surxayzadənin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, polis əməkdaşlarına məmnunluqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar