Xəbər lenti

Vaqif Qurbanova da “Milli Qəhrəman” adı verildi

Tarix: 07-11-2025 16:53     Baxış: 6 076

Vaqif Qurbanova “Milli Qəhrəman” adı verilib.

Mubarizciler.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

Qeyd edək ki, Vaqif Qurbanov 1992-ci ildə şəhid olub.

***

Həmin Sərəncama əsasən, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər də təltif ediliblər:

“Azərbaycan Bayrağı” ordeni ilə

Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir.

“İgidliyə görə” medalı ilə

Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant;

Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor;

Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan;

Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar