Tərtərdə texniki su xəttinin açılış mərasimi keçirilib Fotolar

Tərtər rayon Səhləbad kəndində texniki su xəttinin açılış mərasimi keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, 8 noyabr Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakinə texniki su xətti çəkilib.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib. Mərasimdə çıxış edənlər bu layihənin Zəfərin beşinci ildönümü kimi əlamətdar bir tarixə təsadüf etməsindən böyük qürur duyduğunu bildirmiş, Vətən müharibəsində qazanılan Qələbənin ruhuna uyğun olaraq. bölgələrimizin və yaşayış məntəqələrimizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırmış, istismara verilən bu yeni su xətti, 100-dən çox ailənin təmiz və fasiləsiz su təminatı ilə bağlı problemini həll edir və "Böyük Qayıdış" siyasətinin yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, bütün regionlarda həyata keçirilməsinin bariz nümunəsidir deyə kənd sakinlərini su çəkilişi münasibətilə sakinləri təbrik etmiş, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbəri paylaş






































0772703001 