Xəbər lenti

Xaçmazda gənclərin DİO-da xidmətə və təhsilə təşviq edilməsi ilə bağlı görüş keçirilib Fotolar

Tarix: 03-11-2025 14:10     Baxış: 1 421

Xaçmaz Rayon Polis Şöbəsində IX-XI  sinif şagirdləri ilə "Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi" məqsədi ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Xaçmaz RPŞ-nin rəisi polis polkovniki Samir Məcidov, təhsil sektorunun müdiri, həmçinin məktəblilər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən polis rəisi S.Məcidov daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib. Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.

Daha sonra çıxış edənlər şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar veriblər. Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən videoçarx nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar