Xəbər lenti

Vüsal Cəfərovun rəhbərliyi ilə Goranboyda görüş keçirilib Fotolar

Tarix: 02-11-2025 17:09     Baxış: 2 625

İbtidai sinif müəllimləri ilə 2025-2026-cı tədris ilində qarşıda duran hədəflərlə bağlı görüşlər davam edir. Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, ötən və cari tədris ilində 4-cü siniflərdə tədris aparan ibtidai sinif müəllimlərinin iştirakı ilə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Tural Sayılov və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov tərəfindən 2024-2025-ci tədris ilində aparılmış monitorinq qiymətləndirmələrinin nəticələri barədə təhlillər təqdim edilib, nəticələr əsasında formalaşan tədris göstəriciləri və müəllim fəaliyyətindəki müsbət və inkişaf etdirilməli tərəflər müzakirə olunub. Görüşdə həmçinin ümumi təhsil müəssisələrində keçirilən 4-cü siniflər üçün diaqnostik qiymətləndirmənin nəticələri barədə də təhlillər təqdim edilib. Cari tədris ili üçün müəyyənləşdirilmiş hədəflər, tədrisin keyfiyyətinin artırılması istiqamətində nəzərdə tutulan tədbirlər və müəllimlərin peşəkar inkişafı ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, bu cür görüşlərin təşkili təhsil prosesinin daha səmərəli təşkili, şagird nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin metodiki dəstək alması baxımından mühüm əhəmiyyət kəsb edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar