Xəbər lenti

Ümumdünya Statistika Günü Müstəqil bir elm və təcrübi vasitə kimi, statistika həmişə mühüm əhəmiyyət kəsb etmişdir

Tarix: 14-10-2025 08:42     Baxış: 644

 Statistika dedikdə kütləvi sosial-iqtisadi proses və təzahürlərin keyfiyyət tərəfi ilə ayrılmaz əlaqəli olan kəmiyyət tərəfini öyrənən, həmçinin proses və təzahürlərin inkişafının qanunauyğunluqlarının kəmiyyət ifadəsini verən bir elm başa düşülür. Statistika cəmiyyətin bütün tərəflərinin: sosial və iqtisadi həyatın hal, hadisə və proseslərinin kəmiyyət və keyfiyyət əlamətlərini öyrənir. Belə mürəkkəb vəzifəni yerinə yetirmək üçün ilkin məlumatlara ehtiyac duyulur. Məlumatlar iqtisadi münasibətlərin baş verdiyi ilkin mərhələdən, yəni iqtisadi vahidlərdən və yaxud statistik məcmu vahidlərindən əldə edilir. Statistika təcrübəsində öz miqyasına görə mürəkkəb və xüsusilə irihəcmli iş sayılan siyahıyaalmalardan da geniş istifadə edilmişdir.1999, 2009 və 2019-cu illərdə əhalinin, 2005, 2015 və 2025-ci illərdə kənd təsərrüfatının, 2007, 2015 və 2025-ci illərdə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilmiş və əldə olunmuş məlumatlardan ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi statistika   sistemində də islahatlar aparılmağa başlanılmış, statistika orqanlarına dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilmiş, əmək şəraiti yaxşılaşdırılmışdır. Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə milli kadrların yetişdirilməsi sahəsində uzaqgörənliklə həyata keçirdiyi kadr siyasəti statistika sistemini də əhatə etmişdir. 1972-ci ildə isə Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası tikilib istifadəyə verilmiş, onun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmişdir. Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir" məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.

BMT Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən Ümumdünya Statistika Gününün hər 5 ildən bir oktyabrın 20-də  qeyd olunması qərara alınmışdır. İlk dəfə bu gün 2010-cu ildə keçirilmiş və hər beş ildən bir təkrarlanması nəzərdə tutulmuşdur. Bu günün qeyd olunmasında əsas məqsəd, müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdır. Bu il dördüncü dəfə qeyd olunacaq Ümumdünya Statistika Günü, BMT-nin 80 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Bu ilki mövzu “ Etibarlı məlumatlarla dünyanı birləşdirmək” dir. Bu mövzu, statistik məlumatların qlobal inkişafda və qərar qəbul etmə proseslərindəki vacib rolunu vurğulayır. BMT Baş Assambleyası tərəfindən Ümumdünya Statistika Gününün qeyd olunması üçün seçilmiş illər Azərbaycanda statistikanın yaradılmasının yubiley illəri ilə üst-üstə düşür. 2025-ci ildə Azərbaycanda rəsmi statistikanın yaradılmasının 105 yaşı tamam olur. Beləliklə, biz hər beş ildən bir ölkəmizdə Ümumdünya Statistika Gününü qeyd etməklə yanaşı, həm də Azərbaycanda rəsmi statistikanın yaranmasının yubiley illərini, başqa sözlə, peşə bayramımızı qeyd edirik.  2025-ci ilin 4-7 mart tarixlərində Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 56-cı sessiyası və məlumatların idarə olunmasına həsr olunmuş Rəsmi Statistika üzrə Yüksək Səviyyəli Forum keçirilirmişdir. 4 gün davam edən sessiyada əhali və mənzil fondunun siyahıyaalınması, Statistika Komissiyasının iş metodları, rəsmi statistikanın əsas prinsipləri, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üzrə məlumatlar və göstəricilər, statistikanın müxtəlif sahələri, Ümumdünya Statistika Günü ilə bağlı məsələlər müzakirə olunaraq qərarlar qəbul edilmişdir. Forumda Ümumdünya Statistika Günü ilə bağlı BMT Baş katibinin məruzəsi təqdim olunaraq bu əlamətdar günün beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilməsi qərara alınmışdır. 2025-ci il 24-26 sentyabr tarixlərində Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda III Beynəlxalq Statistika Forumu keçirildi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti səsləndirib. O, Ümumdünya Statistika Günü ərəfəsində keçirilən forumun dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Statistikaya inamın artmasına səbəb Prezident İlham Əliyevin ölkə statistikasının inkişafını daim diqqətdə saxlaması olmuşdur. Cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramları fəaliyyətimizin keyfiyyətcə təmin olunmasına zəmin yaratmışdır. Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən 6 Dövlət Proqramlar; (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci, 2013-2017, 2018-2025-ci illəri əhatə edən)  işlənib hazırlanmış və həyata keçirilmişdir. Bütün bunların nəticəsində ölkədə statistik tədqiqatların təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində müəyyən nailiyyətlər əldə edilməsi mümkün olmuşdur. Ölkə başçısının bu sahəyə yüksək diqqət və qayğısı bizim üzərimizə böyük məsuliyyət qoymuşdur. Çalışacağıq ki, gələcəkdə də Prezidentin etimadını fəaliyyətimizlə doğruldaq.


Naftalan Şəhər Statistika İdarəsi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar