Xəbər lenti

20 oktyabr 2025-ci il Ümumdünya Statistika Günüdür

Tarix: 14-10-2025 08:40     Baxış: 2 387

BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq 2025-ci il 20 oktyabr tarixində “Hər kəs üçün  keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya statistika günü qeyd olunacaqdır. 

 Bu günün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.  Hər dəfə Ümumdünya statistika günü müxtəlif devizlərlə qeyd olunur. Lakin bu günün əsas ideyası dəyişməz qalır – etibarlı məlumat, peşəkarlıq və innovasiya. Bu prinsiplər dünyada sabitlik, tərəqqi və davamlı inkişafın təmin olunmasında statistikanın rolunu daha da gücləndirir. 

24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu  Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlərin qatıldıqları Forumun açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub.

 Bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək 3-cü Beynəlxalq Statistika Forumunun mühüm platforma kimi dünya ölkələrinin statistik sistemlərinin modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, qarşılıqlı fikir və təcrübə mübadiləsi yolu ilə beynəlxalq səviyyədə vahid yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. 

 Azərbaycan Prezidenti İlham Əliyev “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə qeyd edilmişdir ki,  bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gəlməsi statistika sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsi, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaradacaqdır.  Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilmişdir.

Müraciətdə daha sonra qeyd edilmişdir ki, bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Əminəm ki, həmin əlamətdar gün ərəfəsində baş tutan Forum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələn önəmli təşəbbüslər irəli sürəcəyi, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparacağı məhsuldar müzakirələrlə yadda qalacaqdır.

Ölkəmizdə Ümumdünya statistika gününün qeyd olunması ilə bağlı hazırlanmış tədbirlərdən biri də “Statistik Olimpiada”nın keçirilməsidir. Olimpiadanın keçirilməsində əsas məqsəd gənclər arasında statistikaya marağın  artırılması, onlar arasından statistik biliklərə malik istedadlı şagird və tələbələrin aşkar edilərək həvəsləndirilməsidir. 

Olimpiada təhsilalanların statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatlar əldə etmələrinə, onların dünya görüşlərinin, qərar qəbuletmədə statistikadan istifadə bacarıqlarının artmasına müsbət təsir göstərəcək, eyni zamanda şagird və tələbələrin təhsil dövründə qazandıqları statistik bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yeni platforma rolunu oynayacaqdır. 

       Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2025-ci ildə rəsmi statistikanın 105 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.

Uzun inkişaf yolu keçmiş statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə daha geniş vüsət almağa başlamış, 1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti  tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan  Respublikasının Qanunu imzalanmış və bu tarixdən qanunun qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı imzalanmışdır. Qanunun qəbulu ilə statistika sahəsində yeni bir dövr başlamış, ölkədə həyata keçirilən islahatlar və statistikaya dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara əsasən müvafiq dəyişikliklər aparılmışdır. Həm də qanunun qəbulu dövlət statistika orqanlarının nüfuzunun artmasında, hesabat intizamının yüksəlməsində və dövlət məlumatlandırma sisteminin təkmilləşdirilməsində əsas rol oynamışdır. 

Ulu öndər Heydər Əliyev öz çıxışlarında Dövlət Statistika Komitəsinin işinə yüksək qiymət verərək “Statistika Komitəsi əsas dövlət orqanlarından biridir” və “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır” deyərək qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  ölkəyə rəhbərlik etdiyi dövrdən dövlət statistikası inkişafını  uğurla davam etdirərək daha da üst səviyyəyə çatdırmışdır.  Bunun nəticəsidir ki, bu günkü gün Azərbaycan statistikası çox keyfiyyətli və təqdirə layiq işlər yerinə yetirərək Azərbaycan statistikasının adını tarixə qızıl hərflərlə həkk etdirir.

    Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən Azərbaycan statistika orqanlarına mütəmadi olaraq diqqət və qayğı göstərilmiş, əmək şəraiti daha da  yaxşılaşdırılmışdır.     Dövlət Statistika Komitəsinin müasir tələblərə cavab verən və məlumat tutumu yüksək olan veb səhifəsi yaradılmış, bu səhifənin hazırlanmasında yeni texnoloji imkanlardan istifadə edilmiş, məlumat bazasına giriş, axtarış sisteminin tətbiqi geniş imkanlar yaratmışdır. Statistikanın bütün  sahələrini əhatə edən hesabat blankları, hesabatların tətbiq olunmasına dair təlimatlar və hesabatların  elektron formada təqdim edilməsi üçün proqram təminatı səhifədə yerləşdirilərək istifadəçilərin ixtiyarına verilmişdir. Dövlət xidmətlərinin göstərilməsində səmərəliyinin artırılması məqsədilə həmin xidmətlər üçün  tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanları genişləndirilmişdir.

Rəsmi statistikanın inkişafı ilə bağlı altı Dövlət Proqramları hazırlanmış və beşi icra olunmuşdur. 2018-2025-ci illəri əhatə edənrəsmi statistikanın inkişafına dair Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və uğurla yerinə yetirilməkdədir.

Müasir iqtisadi şəraitdə sosial və iqtisadi hadisələrin mövcud vəziyyətinin və inkişaf qanunauyğunluqlarının öyrənilməsində statistika mühüm, əhəmiyyətli vasitələrdən hesab olunur. Hal-hazırda yaşadığımız həyatı statistikasız təsəvvür etmək mümkün deyil. Qeyd olunanlarla bərabər, statistika özünün predmetinə və tədqiqat metodlarına malik müstəqil və mühüm bir elmdir. Müxtəlif tədqiqat mənbələrindən aydın olmuşdur ki, statistika sözünün ilkin olaraq əmələ gəlməsi fərqli şərh edilir. Bir qrup alimlərin fikrincə, statistika latın sözü “status”-dan əmələ gəlmiş, mənası isə hadisələrin vəziyyətinin öyrənilməsi kimi şərh edilmişdir.  

 Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalamış və bu  Fərmana əsasən, oktyabr ayının 1-dən 10-dək Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçirilmişdir. 

“2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.1.2.9-cu bəndinə əsasən 2025-ci ilin 15 iyul - 15 avqust tarixlərində  Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması uğurla keçirilmişdir.

Dövlət Statistika Komitəsinin rəhbərliyinin gərgin əməyi nəticəsində Komitə bir çox istiqamətlərdə MDB ölkələri arasında öncül yerlərdən birini tutur. Azərbaycan statistikləri qarşıda duran vəzifələri dərk edərək inanırlar ki, dünya standartlarına uyğun, keyfiyyətli və obyektiv statistikanın yaradılmasını həyata keçirirlər.Qarşıda duran bütün vəzifələri layiqincə yerinə yetirəcəklər.



 Samux Rayon Statistika İdarəsinin rəis müavini                  Məmmədov Allahverdi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar