Xəbər lenti

Gəncədə Ümumi təhsil müəssisələrinin hesabatlarının dinlənilməsinə start verilib Fotolar

Tarix: 29-09-2025 23:02     Baxış: 1 442

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə 2024-2025-ci tədris ilinin hesabatı dinlənilib. Hesabat tədbirində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Elmin Məmmədtağıyev, idarə əməkdaşları və məktəbin pedaqoji kollektivi iştirak edib. 

Mubarizciler.az xəbər verir ki, hesabat təqdimatında M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyev tərəfindən ötən tədris ilində görülmüş işlər, əldə edilmiş nəticələr, qarşıya qoyulan hədəflər, tədris və tərbiyə prosesi ilə bağlı aparılan tədbirlər və məktəbin ümumi inkişaf göstəriciləri barədə məlumat təqdim edilib. Eyni zamanda yeni tədris ili üzrə planlar, prioritet istiqamətlər və təkmilləşdirməyə ehtiyac olan sahələr müzakirə edilib. Hesabat tədbirində çıxış edən GDRTİ-nin müdiri Elçin Kərimov hesabatlılığın və planlı fəaliyyətin əhəmiyyətini vurğulayaraq məktəb rəhbərliyinin və pedaqoji kollektivin fəaliyyətini dəyərləndirib, qarşıdakı dövrdə daha yüksək nəticələr üçün məqsədyönlü və sistemli fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin hesabatlarının dinlənilməsinin əsas məqsədi təhsil müəssisələrinin fəaliyyətinə sistemli baxış keçirmək, idarəetmədə şəffaflıq və məsuliyyəti artırmaq, qarşılıqlı təhlil və inkişaf yönümlü dəstək mexanizmlərini gücləndirməkdir. Hesabatların dinlənilməsi mərhələli şəkildə davam etdiriləcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar