Deputatlığa namizəd Bədəl Bədəlov növbəti dəfə seçiciləri ilə görüş keçirib FOTOLAR
“Tərəqqi yolunda daim irəliləyəcəyik!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonu, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələri, Börü, Buzluq, Todan, Mənəşli, Erkəc, Rus Borisi kənd seçiciləri ilə görüşləri keçirilib.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlardan, Azərbaycanın regionda və beynəlxalq müstəvidə möhkəmlənən mövqeyindən, yeni dostlar, tərəfdaşlar və yüksək nüfuz qazanmasından, böyük ailə kimi dəyərləndirdiyi Türk dünyasının birliyinə verdiyi töhfələrdən, Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsindən və digər möhtəşəm uğurlarımızdan qürurla bəhs edirik”.
Deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın seçki platforması barədə məlumat verib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə xalqın birmənalı dəstəyinin bariz nümunəsi olduğunu deyib.
“Qarşıda duran bütün hədəflər yüksək səviyyədə yerinə yetirilir, gələcəyə inamla addımlayırıq. Yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir. Tərəqqi yolunda daim inamla irəliləyəcəyik!”, - deyə B.Bədəlov vurğulayıb.
Təşviqat qrupunun üzvləri - şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, Əzra Həşimova, Rəddin Məmmədov, İsgəndər Səklikov, Yeganə Məmmədova və Ürfət Həsənov çıxış edərək YAP-ın parlament seçkilərində xalqın dəstəyi ilə inamlı qələbə qazanacağına əminliklərini ifadə edib, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Xəbəri paylaş