Xəbər lenti
14-09-2024, 21:36
 

Rəşad Tağıyev Şəhid ailələri ilə görüşüb - FOTOLAR

Tarix: 29-08-2024 13:19     Baxış: 497

Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür. 

Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Şeidlər kəndində şəhid ailələri ilə görüşüb. 

Görüşdən öncə şəhid ailələri ilə şəhidlərimizin məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib. 

İcra başçısı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq. 

Qeyd olunub ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri də göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar