Deputatlığa namizəd Anar Məmmədov növbəti dəfə seçicilərlə görüş keçirib - FOTO
YAP qələbələr, uğurlar partiyasıdır!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə- Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məmmədov Anar İlyaz oğlunun Ağdərə rayon Kərəmli, Narınclar kəndləri, Tərtər rayon Qazyan,Yuxarı Qapanlı, Qaynaq və İsmayılbəyli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Mubarizciler.az ın məlumatına görə, Tədbirləri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda yüksək nüfuza malik olduğunu deyib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu deyib.
Sonra çıxış edən deputatlığa namizəd Anar Məmmədov YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat vermiş, Yeni Azərbaycan Partiyasının Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğu kimi, Qafqazda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilat olduğunu vurğulamışdır.
Tədbirlərdə Elçin Cahangirov, Hafiz Ələkbərov, Amil Hüseynov və digərləri çıxış ediblər. Onlar 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Seçicilərdə çıxışlarında 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Xəbəri paylaş