Xəbər lenti
14-09-2024, 21:36
 

Bədəl Bədəlov növbəti dəfə seçiciləri ilə görüşüb FOTOLAR

Tarix: 28-08-2024 22:58     Baxış: 665

YAP zamanın sınaqlarından çıxmış partiyadır.

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndində Tapqaraqoyunlu kənd seçiciləri, YAP Goranboy rayon təşkilatının qərargahında və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evində gənclər, o cümlədən  idman sahəsində çalışan seçicilərlə görüşləri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdən əvvəl Tapqaraqoyunlu kəndindən olan şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycanın yüksəlişi üçün səylər göstərir, ölkəmizin tərəqqisi naminə məqsədyönlü fəaliyyət həyata keçirir: “YAP-ın seçki platformasında da qeyd edildiyi kimi, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatılır”.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov isə YAP sıralarında gənclərin böyük üstünlük təşkil etdiyini və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyətinin də gənclərdən ibarət olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir.

Çıxış edən deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla inkişaf edir: “Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdığını təsdiqləyir”.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri - Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Səyad Quliyev, Dərgah Abbasov, Rəddin Məmmədov, Təranə Vəliyeva və Esmira Zeynalova çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz  növbəsində çıxış edən seçicilər də 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Daha sonra deputatlığa namizəd Bədəl Bədəlov Goranboy rayonunun Tapqaraqoyunlu, Naftalan şəhər sakinləri və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakinləri ilə fərdi görüşlər keçirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar