Xəbər lenti

Deputatlığa namizəd Azər Əmiraslanov seçicilərin müraciətlərini dinləyib FOTOLAR

Tarix: 28-08-2024 00:11     Baxış: 1 827

Azər Əmiraslanov  4 qəsəbə və 1 kəndin sakinlərinin müraciətlərini dinlədi. 108  saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov  Qarayazı, Soyuqbulaqlar, Həzi Aslanov, Soyuqbulaq qəsəbələri və Köçvəlili kənd sakinləri ilə görüşüb.

Mubarizciler.az ın məlumatına görə, Öncə Milli Qəhrəman Rafiq Alıcanovun büstü ziyarət olunub, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra  deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması  seçicilərin diqqətinə çatdırılıb.

 Görüşdə sakinlərin  Azər Əmiraslanova ünvanladıqları   suallar  ətrafında maraqlı müzakirələr aparılıb, müraciət və təkliflər isə aidiyyatı üzrə baxılması üçün qeydə alınıb. Daha sonra ağsaqqallar və ziyalılar ilə keçirilən görüş isə maraqlı fikir mübadiləsi ilə yadda qalıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar