Bədəl Bədəlov seçiciləri ilə nöbvəti dəfə görüş keçirib FOTOLAR
YAP möhtəşəm qələbə qazanacaq.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Qarqucaq, Hacallı, Şəfibəyli, Qaraçinar, Yenikənd, Şəfəq, Zeyvə kənd seçiciləri ilə görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynayıb, bundan sonra da qarşıda duran milli hədəflərin reallaşmasına öz töhfələrini verəcək.
Deputatlığa namizəd Bədəl Bədəlov isə seçicilərə YAP-ın seçki platforması haqında ətraflı məlumat verərək bildirib ki, qarşıdakı parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq. Qeyd edib ki, budəfəki parlament seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsi qürur və iftixar mənbəyidir. “Şübhə yoxdur ki, xalqımız daha qüdrətli Azərbaycan naminə YAP-a bir daha etimad göstərəcək”, - deyə vurğulanıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri İsgəndər Səklikov, İbrahim Həsənov, Ürfət Həsənov, Səyad Quliyev, Əzra Həşimova və qərargah üzvü Gündüz Hacıyev çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Seçicilər isə xalqın etimadını doğrultmuş Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Daha sonra deputatlığa namizəd Bədəl Bədəlov Goranboy rayonunun Şəfibəyli və Şəfəq kənd sakinləri ilə fərdi görüşlər keçirib.
Xəbəri paylaş