Xəbər lenti
14-09-2024, 21:36
 

Şəhid Lətuf Məmmədovun mövlud günü qeyd edildi - FOTO

Tarix: 27-08-2024 21:17     Baxış: 602

Goranboy Rayon Hazırəhmədli kənd sakini, Şəhidlik məqamına ucalmış Lətif Faiq oğlu Məmmədovun mövlud günündə məzarı və doğmaları Hazırəhmədli Kənd T.Məmmədov Adına Tam Orta Məktəbi nin direktoru və pedaqoji kollektivi, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Hazırəhmədli İcra Nümayəndəliyi, Şəhidin yaxınları, İctimaiyyət nümayəndələri və kənd ziyalıları tərəfindən ziyarət edildi.

Mubarizciler.az xəbər verir ki, İlk öncə tədbir iştirakçıları Hazırəhmədli kənd qəbristanlığına gələrək Şəhidimizin məzarının üzərinə tər qəeənfillər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Daha sonra Hazırəhmədli kənd tam orta məktəbinin direktoru Təranə Cəbrayılova çıxış edərək Lətif Məmmədovun ailəsinə dərin hüzünlə başsağlığı verərək bildirmişdir ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdiyini, qalib Azərbaycan xalqının öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdiyini qeyd etdi. Bununla yanaşı Goranboy rayonunda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunu qeyd etdi və bütün Şəhidlərimizin qisasının alındığını və Azərbaycan bütövləşdiyini bildirdi.

Sonra Şəhid anasını Rəsmiyyə xanım evlində ziyarət edilərkən onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək ölkə başçısı cənab Ilham Aliyev ə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva minnətdarlığını bildirdi.

Sonda Şəhid anasına xatirə hədiyyəsi təqdim edildi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar