Xəbər lenti

Ağstafada gənclərin “BİRLİK” Regional Festivalı keçirilib FOTOLAR

Tarix: 27-08-2024 11:14     Baxış: 910

Avqustun 26-da Ağstafa şəhəri Heydər Əliyev adına istirahət parkında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Ağstafa “BİRLİK" Regional Festivalı” uğurla baş tutub. 

Mubarizciler.az xəbər verir ki, festivalın rəsmi açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər rəsmi şəxslər çıxış edərək gənclərin inkişafı və milli dəyərlərin qorunması barədə vacib məqamları vurğulayıblar.

Daha sonra gənclər təşkilatlarının nümayəndələri qurulan stendlərdə öz təşkilatları və həyata keçirdikləri layihələr haqqında məlumat veriblər. Bununla yanaşı, onlar müxtəlif yarışmalar təşkil edib və yarışlar əsasında qalib gənclərə hədiyyələr, həmçinin öz təşkilatlarını təmsil edən promo məhsullar təqdim ediblər.   

Günün sonunda keçirilən açıq hava konserti iştirakçılara unudulmaz anlar yaşadıb. Belə ki, istedadlı gənc ifaçılar və musiqiçilər səhnə alaraq təqdim etdikləri mahnılarla festival iştirakçılarının yaddaşında dərin iz buraxıblar. 

Qeyd edək ki, daha əvvəl Quba və Sabirabad rayonlarında, Mingəçevir və Gəncə şəhərlərində baş tutan  “BİRLİK" Regional Festivalının 5 regionda keçirilməsi nəzərdə tutulurdu. Ağstafada keçirilən festivalla layihəyə uğurla yekun vurulub. 










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar