Xəbər lenti

Azər Əmiraslanov növbəti dəfə seçiciləri ilə görüş keçirib FOTOLAR

Tarix: 24-08-2024 22:33     Baxış: 1 974

Azər Əmiraslanov Pirili kənd sakinlərini narahat edən məsələlərlə yerində tanış oldu. Mubarizciler.az ın məlumatına görə, 108  saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov  təbliğat və təşviqat kompaniyası çərçivəsində Pirili kənd sakinləri ilə görüşüb. 

Öncə kənd şəhidlərinin  xatirəsinə inşa edilmiş abidə kompleksi ziyarət olunub,torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması  seçicilərin diqqətinə çatdırılıb.  

  Deputatlığa namizəd  kənd sakinlərinin suallarını cavablandırıb. Görüş çərçivəsində Azər Əmiraslanov Pirili kəndinin şəraitsiz və təhlükəli vəziyyətdə olan orta məktəb binasına baxış keçirib, məktəbin müəllim  və valideyn heyətinin təkliflərini dinləyib, müvafiq qeydlər aparılıb. Kənd Ağsaqqalları və ziyalıları ilə keçirilən görüş  zamanı isə  maraqlı fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar