Xəbər lenti
18-11-2024, 12:06
 

Bədəl Bədəlov növbəti dəfə seçicilərlə görüş keçirib FOTOLAR

Tarix: 24-08-2024 13:10     Baxış: 1 351

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Goranlı kəndində Kürəkçay qəsəbəsi və Goranlı kəndindən olan seçicilərlə görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşləri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, tarixi inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.

Deputatlığa namizəd  Bədəl Bədəlov isə qeyd edib ki, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən mayakdır. Dövlət müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan 1993-cü ildən bu günədək  dünyanı heyrətləndirən uğurlara imza atıb. Namizəd vurğulayıb ki, tarixi zəfərimiz bu uğurların zirvəsində dayanır.

Tədbirdə təşviqat qrupunun üzvləri - Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, şəhid Orxan Namazovun anası Nailə Məmmədova, şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, İbrahim Həsənov, Sakit Məmmədov, Əzra Həşimova, Yeganə Məmmədova və qərargah üzvü Gündüz Hacıyev çıxış edərək deyiblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsi kimi yüksək nüfuz qazanıb. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər isə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Bədəl Bədəlov Goranlı kəndində Vətən müharibəsi şəhidi İxtiyar İlqar oğlu Əliyevin ailəsini ziyarət edib.

Bədəl Bədəlov həmçinin YAP Goranboy rayon təşkilatının qərargahında qadın seçicilərlə də görüş keçirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar