Ağstafada bu qurumun işçilərinin peşə bayramı qeyd olundu FOTOLAR
Prezident İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə hər il avqustun 23-ü xüsusi dövlət mühafizə xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Mubarizciler.az xəbər verir ki, bu münasibətlə Ağstafada keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi Nicat Həsənov və İdarənin şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb, müasir müstəqil Azərbaycan dövlətinin memarının xatirəsi ehtiramla yad olunub.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin inzibati binasında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
İcra başçısı hər bir əməkdaşı təbrik edib, onlara şərəfli və məsuliyyətli vəzifələrinin icrasında uğurlar arzu edərək hərbi xidmətlərində fərqlənənləri Ağstafa Rayon İcra Hakmiyyətinin Fəxri fərmanı ilə təltif edib, eyni zamanda, bir qrup şəxsə müvafiq medal və rütbələr təqdim olunub.
Xəbəri paylaş