Xəbər lenti
18-11-2024, 12:06
 

Daşkəsəndə əmək yarmarkası keçirilib FOTOLAR

Tarix: 23-08-2024 20:55     Baxış: 539

Avqustun 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçsı Orxan Abbasov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının məsul işçiləri, işəgötürən müəssisələr və sakinlər iştirak ediblər. 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov yarmarkanın açılış mərasimində çıxış edərək bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və hər bir vətəndaşın sosial durumu, rifahı, məşğulluğu dövlət rəhbərliyi üçün hər zaman prioritedir. Dövlət başçısının vətəndaşların məşğulluğunun təmin edilməsinə dair verdiyi tapşırıq və tövsiyələr Daşkəsən rayonunda da ardıcıl şəkildə icra olunur və həyata keçirilən əmək yarmarkası bu sahədəki silsilə tədbirlərdən biridir. İcra başçısı Orxan Abbasov vurğulayıb ki, Daşkəsən Rayon İcra Hakimiyyyəti olaraq hər həftə  sakinlərlə çoxsaylı görüşlər keçirilir və bu görüşlərdə qaldırılan məsələlərdən biri də  məşğulluqdur. Əmək yarmarkasının işsiz və işaxtaran sakinlər üçün faydalı olacağına və Daşkəsən rayonunda məşğulluğa müsbət təsir göstərəcəyinə əminliyini ifadə edən icra başçısı Orxan Abbasov yarmarka iştirakçılarına gələcək karyeralarında uğurlar arzulayıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə çıxışında Agentliyin həyata keçirdiyi layihələr, nəzərdə tutulan işlər, karyera planlaması, eyni zamanda əmək bazarına keçid etməyə hazırlaşanlar üçün yaradılan bərabər imkanlar, texnoloji yeniliklər barədə məlumat verib. 

Daha sonra rəsmilər əmək yarmarkasının gedişatı ilə tanış olublar.

Əmək yarmarkasında 27 işəgötürən tərəfindən 200 vakansiya təqdim edilib. Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsi tərəfindən işsiz kimi qeydiyyata alınmış 189 nəfər əmək yarmarkasında iştirak edib. Yarmarka iştirakçıları aktiv məşğulluq istiqamətləri, müraciət qaydaları, vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumatlandırılıb, müraciətçilərin CV-ləri qəbul edilərək qeydiyyatı aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar