Xəbər lenti

Adil Əliyev rayon ağsaqqalları ilə görüşüb FOTOLAR

Tarix: 23-08-2024 18:18     Baxış: 805

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev rayon ağsaqqalları ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, Avqustun 23-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon Ağsaqqallar Şurasının idarə heyyətinin üzvləri və qəsəbə ağsaqqallar şuralarının sədrləri ilə görüş keçirib.

Görüşdə RİHB-nin müavinləri və aparatın şöbə müdirləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhəti hər zaman ali həyat məramı olub. Yaşlı nəslin nümayəndələrinə yüksək dəyər verən ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həmin ənənə bu gün də uğurla davam etdirilir. Ölkə prezidentimizin rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqal və ziyalılarımızın rolu, fəaliyyəti danılmazdır. Həmçinin, Suraxanı rayonunun sosial-iqtisadi inkişafında da ağsaqqallarımızın hər birinin böyük əməyi vardır.

Görüş zamanı rayon ağsaqqallar Şurasının sədri Arif Babayev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan söhbət açıb, eləcə də Suraxanı rayonunda Ağsaqqallar Şurasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Eyni zamanda, rayon ağsaqqalları çıxış edərək ölkəmizdə həyata keçirilən ardıcıl və sistemli islahatlar, eləcə də uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan qürur hissi ilə danışıb, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar