Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri açıqlandı

Tarix: 23-08-2024 16:15     Baxış: 742

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Texniki Universitetin rektoru Vilayət Vəliyev öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, nəticələr gözləniləndən də yüksək olub: “Kompüter mühəndisliyi: ən yüksək nəticə - 684.9, ən aşağı nəticə 641.6, Sənaye mühəndisliyi: ən yüksək nəticə 663.7; ən aşağı nəticə 544.4, Qida mühəndisliyi: ən yüksək nəticə 632.8; ən aşağı nəticə 452.1.”

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə hələ ki, rektor təyin edilməyib. Sözügedən ali məktəbə rəhbərlik müvəqqəti olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevə həvalə olunub.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

TAU Bakı Ali Neft Məktəbinin Xocalı prospektində yerləşən keçmiş binasında fəaliyyət göstərəcək. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar