Bədəl Bədəlov növbəti dəfə seçicilərlə görüş keçirib FOTOLAR
Yeni strateji hədəflər naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Səfikürd kəndində Səfikürd, Tatarlı kəndlərindən olan seçicilərlə və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində ziyalılar və ağsaqqallar ilə görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlərdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının qazandığı nailiyyətlərə nəzər salıb, qarşıda duran hədəflərdən bəhs ediblər. Qeyd olunub ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir.
Deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın seçki platforması barədə məlumat verib. O vurğulayıb ki, partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın tərəqqisinə öz töhfələrini verib.
Tədbirlərdə Goranboy rayonu üzrə təşviqat qrupunun üzvləri Əzra Həşimova, İsgəndər Səklikov, İbrahim Həsənov, qərargah üzvü Gündüz Hacıyev, Naftalan şəhəri üzrə təşviqat qrupunun üzvləri Hatəm Qocayev və Zülfimar Nuriyeva çıxış ediblər. Qeyd olunub ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Deputatlığa namizəd Bədəl Bədəlov Goranboy rayonunun Səfikürd və Tatarlı kəndlərində şəhid ailələrini də ziyarət edib.
Xəbəri paylaş