Xəbər lenti
14-09-2024, 21:36
 

Bədəl Bədəlov növbəti dəfə seçiciləri ilə görüşüb - Fotolar

Tarix: 20-08-2024 10:52     Baxış: 728

Nailiyyətlərimiz davamlıdır!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Hazırəhmədli kəndində  Hazırəhmədli, Bəşirli, Göynüyən, Qarasuçu kəndlərindən olan seçicilərlə və Goranboy Olimpiya İdman Kompleksində  seçicilərlə görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır: “Bütün sahələr üzrə əldə olunan nailiyyətlər təqdirəlayiqdir. İqtisadi imkanlarımız daha da artacaq, əhalinin rifahı daha da yaxşılacaq. Heç şübhəsiz ki, seçicilər YAP-ın namizədlərinə səs verməklə daha qüdrətli Azərbaycan naminə düzgün seçim etmiş olacaqlar”. 

Deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, Azərbaycanda bütün sahələri əhatə edən uğurlu inkişafdan, o cümlədən müasir tariximizin ən mühüm hadisəsi olan ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasından bəhs edib. Bədəl Bədəlov müasir Azərbaycanın Ulu Öndər Heydər Əliyevin görmək istədiyi qalib və qüdrətli dövlət olduğunu, zirvələr fəth edərək adını tarixə əbədi həkk etdirdiyini söyləyib.

Tədbirdə çıxış edən  təşviqat qrupunun üzvləri şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, Ülkər Hümbətova, Səyad Quliyev, İbrahim Həsənov, İsgəndər Səklikov və qərargah üzvü Gündüz Hacıyev seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu bildirərək daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Bədəl Bədəlov Naftalan şəhərindən olan şəhid Bəxtiyar İlqar oğlu Aslanovun ailəsini ziyarət edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar